sorğu
Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin sədri Məhərrəm Xəlilovun əmriylə gənc fəal Nurel Kərim Səbail rayon bələdiyyələrinin həmkarlar təşkilatının işindəki peşəkar və səmərəli fəaliyyətinə görə komitənin “Fəxri Fərmanı”yla təltif edilib.
Qeyd edək ki, bu günlərdə Nurel Kərim Milli Mənafe Təşkilatının sədri seçilib.
Gənc fəal həm də Bakı Dövlət Universiteti Beynəlxalq Münasibətlər və Diplomatiya ixtasının 1-ci kurs magistrantıdır.
Görüşdə komitə sədri Nurel Kərimə fəaliyyətində uğurlar arzulamış və komitənin gördüyü və həyata keçirdiyi işlərdə, layihələrdə rayon sədri olaraq N.Kərimin xüsusi rolu və əməyi olduğunu bildirmişdir.
Belediyye.info